aze  |  rus  |  eng
Xəbər
09.03.2018
NƏNƏNİN “HƏFTƏ HAMAMI” XATİRƏSİ

Qocaman bir nənə ilə şirin-şirin söhbət edirdim. Bir də nənə durma-tutma məndən soruşdu ki, - ay qızı, o şəhərdə həftə  hamamları deyirlər ha, onlar dururmu? Dedim, ay nənə, bu hardan ağlına gəldi? Nənə bir az duruxub dedi: - Heç… Elə-belə yadıma düşdü. Dedim, yox, inanmaram, hələ bir de görüm, nə məsələdir? Bu dəfə nənə gülüb dedi. – Hə, indi daha nə olasıdır ki, qorxum yox, hürküm yox, deyim də! Amma rəhmətlik sağ olsaydı, eşitsəydi, vallah ətimi şişə çəkərdi. Şüvəl qız çağlarımız idi. Eşitmişdik ki, şəhərdə həftə hamaları var. Hamı gedib orada çimişir. Qəşəng qızları da analar oğulları üçün orada bəyənir. Biz də ki, kənddə yaşayayan qızlardıq. Çox istərdik ki, biz də şəhərdəki oğlanlara ərə gedək, bir xoş gün görək. Amma harda? Bizə nə yaraşırdı şəhər həyatı? Tövlədə  bir az iricək vannamızın içində, 2-3 vedrə də ilıq suyumuzla islanıb çıxardıq. Həmişə ərlik qızlarla bir yerə toplaşanda ancaq o şəhərdəki hamamlardan danışıb “dərd” çəkərdik. Amma yenə şükürlər olsun kəndlərimizin qaloşlu oğlanlarına. O kənddən, bu kənddən sorağımızı eşidib-eşitməz, tökülüşüb gəldilər, bizi bir-bir alıb apardılar. Yoxsa qarıyıb lap evdə qalasıydıq. Amma bu hamam ki var, hələ də beynimdən çıxmayıb. Qızım, həmən hamamlar yenə də durur? Yenə də qızları oradamı bəyənirlər?

Bu dəfəi mən susası oldum. Nənəyə necə izah edəydim ki, - nənəcan, daha nə həmən hamamlar var, nə də o türlü qız bəyənmələr. İndi dünya sən tanıdığın dünya deyil, bir başqadır, ay nənə.

Nənəyə heç nə demədim. İstəmədim illərlə yaddaşından siləmədiyi o gözəl qız bəyənmə mənzərəsinə daş atıb bulandırım. Elə o şirin xatirələri ilə başbaşa qalsa yaxşıdır. Nənəni qucaqlayıb dedim: - Durur, ay nənə, yenə də durur. Yenə də qızları həmən həftə hamamlarında bəyənirlər. Nənənin kitabəyə bənzər simasıa bir sevinc qondu, dodaqları qaçdı. – Nə gözəl qızım, nə gözəl. Onda o nəvəm İmranın oğlu Əvropadan gəlsin, gedib ona qızı həmin hamamda bəyənərik. Məni də apararsınız, yaxşımı?

-      Gedərik, nənəcan, gedərik… Səni də aparacayıq… Sənsiz heç gedərikmi?..

 Esmira ŞÜKÜROVA


Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |