aze  |  rus  |  eng
Xəbər
03.03.2018
Körpənin ata və anasına məktubu...

Körpənin ata və anasına məktubu...
Əziz atam və anam. Mən sizi çox sevirəm. Bilirəm ki, siz də məni çox sevirsiniz. Amma sizin sevginiz mənim sevgimdən fərqlidir. Siz məni olduğum kimi qəbul edin. Mənim nəyə görə ağladığımı və güldüyümü anlayın. Mən çox yaxşıyam. Siz mənə - bəzən sizə çox çətin olsa da -gərəkli nə varsa hər şeyi alırsınız, təmin edirsiniz. Buna görə sizə minnətdaram. Amma, məni məcbur etməyin ki, sizin kimi olum. Ümimiyyətlə məni heç nəyə məcbur etməyin. Sizə lazım olanlar mənə lazım deyil. Mənə də lazım olanlar sizə lazım deyil. Siz yaxşı olar ki, özünüz barənizdə qayğılanasınız.  Məni isə yalnız sevin. İnanın ki. mən nankor deyiləm.  Sizə çox əziyyət verdiyimi bilirəm. Bəzən mənim heç özümün də anlamadığım  yersiz hərəkətlərimdən, davranışımdan üzülürsünüz. Amma mən günahkar deyiləm. Belə alınır. Yəqin ki, mən böyüyəndə sizin kimi ağıllı olacağam, sizin mənim insan olmağım yolunda çəkdiyiniz əziyyətlərin qarşılığını öz sevgimlə ödəyəcəyəm. Mənə güvənin, əziz atam və anam. Məni yalnız sevin. Mənim sizin yalnız sevginizə, qayğınıza  ehtiyaım var. Mənə imkan verin sizi tanıyım. İmkan verin mənə maraqlı gələn hər şeyi görə və duya bilim. Sizi çox sevirəm əziz atam və anam. Siz tələsməyin. Buraxın mən rahat, qorxusuz, həyəcansız, sıxıntısız böyüyüm. Siz mənimlə əbədiyyətəcən qalacaqsınız. Sizdən yalnız bir istəyim var. Məni sevin və güvənin, necə ki, mən sizsiz bir an belə qala bilmərəm. Yaşaya bilmərəm, əziz atam və anam... (ESİ)

 

Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |