aze  |  rus  |  eng
Xəbər
06.01.2018
Cəbhədə şiddətli atışma

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Sonxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Nerkin Karmirağbur kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |