aze  |  rus  |  eng
Xəbər
06.01.2018
Azərbaycanda 7-8 ballıq zəlzələ gözlənilirmi? - Rəsmi

"Azərbaycan seysmo-aktiv ərazidə yerləşdiyindən hər gün yeraltı təkanlar baş verir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, dünən və bu gün ölkə ərazisində 10-15 təkanlar baş verib. İsmayıllı, Fizuli, Daşkəsən, Quba, Xəzər dənizində eləcə də Abşerondan şimal və cənub ərazilərdə zəif təkanlar baş verib. Bu proseslər olmalıdır, çünki yerin daxilində geodinamik proseslər inkişaf edir. Bunların içində zəif və güclü təkanlar olacaq. Hələ ki, bölgədə güclü aktivləşmə müşahidə olunmur.
Q.Yetirmişli vurğulayıb ki, rixter cədvəlində 7 baldan yuxarı olan dağıdıcı zəlzələ baş verəcəyi ehtimalı yoxdur. Lakin, zaman-zaman hiss olunan zəlzələlərin olacağı qaçılmaz deyil. Bu isə qorxulu deyil:

 

"Respublikanın Xəzərdən tutmuş bütün quru ərazilərində zəlzələ ocaqları var. Əhali baş verəcək bu təkanları soyuqanlılıqla qarşılasa yaxşı olar. 5 bala qədər baş verən təkanlara görə narahatlığa əsas yoxdur. Belə təkanların baş verməsi həm də tikililərdən asılıdr".

Mərkəz direktoru əlavə edib ki, əhali ölkəmizin seysmogen bölgədə yerləşməsi ilə bağlı maarifləndirmə məsələsində aktiv olmalıdırlar. Azərbaycanın seysmoaktiv ərazidə yerləşdiyini dərk etməlidirlər. Azərbaycanda 7-8 bal gücündə dağıdıcı zəlzələ olmayacaq.

Q.Yetirmişli deyib ki, indi ölkədə baş verən bütün zəlzələlər barədə ictimaiyyət məlumatlandırılır. Çünki beynəlxalq sazişlərə də əsasən, maqnitudası 3 və 3-dən çox olan bütün zəlzələlər barədə məlumatlar həm müvafiq beynəlxalq qurumların, həm də RSXM-nin saytında yerləşdirilməlidir.

Qeyd edək ki, yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda Xəzər dənizində zəlzələ qeydə alınmışdı. Zəlzələ dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Yayılan məlumata görə zəlzələ Sumqayıt şəhərində daha çox hiss edilmişdi.


Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |