aze  |  rus  |  eng
Xəbər
28.12.2017
Azərbaycanda 40 günlük körpəsini satışa çıxaran ataya HƏBS ŞOKU

"Azərbaycan qanunvericiliyiə əsasən körpənin satışa çıxarılması insan alveri faktı olduğu üçün övladını satışa çıxaran ata və qarşı tərəf cinayət məsuliyyətinə cəlb ediləcək".

Bu sözləri Sonxeber.az açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

 

Onun sözlərinə görə, hazırda atanın 40 günlük körpəsini satışa çıxarması ilə bağlı yerli icra hakimiyyəti, hüquq –mühafizə orqanları ilə birgə yayılmış məlumatın real olması ilə bağlı araşdırma aparılır. Məsələ ilə bağlı məlumatın real olması təsdiqini taparsa inzibati və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

E.Səfərov Dövlət Komitəsinin regional mərkəzləri ilə birgə atanın övladını satışa çıxarmasının ciddi şəkildə araşdırıldığını vurğulayıb:

"Hadisə öz təsdiqini tapdığı halda cinayət işi açılması ilə bağlı hüquq –mühafizə orqanları tədbir görəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin məlumatları məhkəməyə təqdim edəcək. Qanunvericiliyə əsasən insan alveri faktı olduğu üçün övladını satışa çıxaran ata və qarşı tərəf cinayət məsuliyyətinə cəlb ediləcək. Hər iki tərəfə cinayət məcəlləsinə uyğun olaraq xüsusi maddələr tətbiq ediləcək".

Komitə rəsmisi əlavə edib ki bu ilin ötən dövrü ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə insan alveri faktı ilə bağlı müraciət daxil olmayıb.

Qeyd edək ki, Bakıda ata 40 günlük övladını satışa çıxarıb. Orxan adlı azərbaycanlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm, razılaşma yolu ilə".

Həmin şəxslə alıcı qismində əlaqə saxlanılıb o bunu külli miqdarda borcu olduğuna görə etdiyini deyib:
"Borcun içində boğuluram. Uşağa baxa bilmirəm. İmkanım yoxdur. 40 günlükdür. Qiymətdə razılaşa bilərik. Hazırda uşağın qeydiyyatı 20 Yanvarda yerləşən Respublika Klinik xəstəxanasındadı. Adına keçirə bilərəm. "Elə bil ki, donordu. Pulsuz verirlər. Amma biz aramızda anlaşa bilərik".


Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |