aze  |  rus  |  eng
Xəbər
28.12.2017
Çörək alanların diqqətinə: Yanvardan bu hallarla rastlaşmayacaqsınız

Ölkədə əhalinin gündəlik tələbatı olan çörəyin içindən kənar cisimlərin çıxması ilə bağlı halalr geniş yayılıb. VAxtaşırı olaraq istehlakçılar bu cür problemlərlə üzə-üzə qalırlar. Bu isə alıcılarda haqlı olaraq narazılıq yaradır. Bəs bu problemin kökündə nələr dayanır? Sakinlər nə vaxtsa çörək zavodlarından razı qala biləcəklərmi?
Məsələ ilə bağlı adidiyyatı qurumlardan münasibət öyrənməyə çalışdıq.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Bakıda çörəyin içindən siçovul nəcisi çıxmasına münasibət bildirərkən belə halın yolverilməz olduğunu deyib.

 

Onun sözlərinə görə, çörəyin içindən kənar cisimlərin çıxması yolverilməzdir. Çörək bişirilməzdən əvvəl un məmulatı müvafiq təşkliatlarda labarotoriaydan keçir. Belə bir hadisənin qeydə alınması halı yol verilməzdir . Həmin müsəssisə mütəmadi olaraq dezinfeksiya olunmalı, orada sanitariya işləri aparılmalıdır ki belə bir hal baş verməsin.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə saytımıza açıqlamasında hazırda birlikdə içərisində tel olan çörək nümunəsinin olduğunu deyib:

"Çörəyin içindən kənar cisimlərin çıxması bu məhsulların antisanitar şəraitdə hazırlandığını göstərir. Ərzaq məhsullarının tərkibinə kənar cisim düşürsə burada gigiyena qaydalarından söhbət gedə bilməz. Bu halalrı antisanitariyanın geniş yayıldığından xəbər verir. Təsadüfi deyil ki, bu ilin fevral ayında Cənab Prezident İlham Əliyev Qida Təhülkəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərman imzaladı. Düşünürəm ki, ölkə prezidentinin təşəbbüsündən sonra yanvardan fəaliyyətə başalayacaq "Qİda Təhülkəsizliyi Agentliyi" son qoyacaq,

E.Hüseynov vurğulayıb ki, belə obyektlərin izlənməsinə ehtiyac var. Ümumiyyətlə qida hazırlanan müəssisələrdə izlənmə sistemi (HASS) tətbiq edilmədikdə istehlakçılara belə təhlükəli qidalar satılır.

İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev Sonxeber.az-a açıqlamasında məsələ ilə bağlı araşdırma aparıldığını deyib.

"İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin çörəyin içindən nəcis çıxarılması araşdırılır".

Qeyd edək ki, paytaxt sakini İsmayıl Quliyev paytaxt mağazlarının birindən aldığı çörəyin içində siçovul nəcisi olduğunu görüb.

İ.Quliyev üzərində "Zavod çörəyi" yazılan çörəklərin Yeni Yasamal ərazisindəki sexlərin birində hazırlandığını bildirib və vətəndaşlarımızı çörək alarkən diqqətli olmağa çağırıb


Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |