aze  |  rus  |  eng
Xəbər
20.12.2017
Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlandı- Rəsmi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artacağı gözlənilir. Məlumata əsasən, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq.

Azərbaycanda son 5 ildə müalicə-profilaktika müəssisələrində bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 47 240 nəfərə çatıb. Bu barədə Sonxeber.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Xərçəng diaqnozu qoyulan şəxslərdən 23481 nəfər kişilər, 24 761 nəfər isə qadınlardan ibarət olub.

 

Məlumata görə, ölkədə 5 il ərzində 60 yaşdan yuxarı 21047 insan bədxassəli şişlərlə xəstələnib. Xərçəng diaqnozu qoyulan bu vətvətəndaşlarımızın 11 553 nəfər kişilər, 9494 nəfər isə qadınlardır.

Rəqəmlərdən də göründüyü kimi ölkədə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayının 47 mindən çoxdur. 2016-ci ilin sonuna müalicə-profilaktika müəssisələrində bədxassəli şiş diaqnozu ilə 5 il və daha çox müddətdə qeydiyyatda olan xəstələrin sayı 17166 nəfəri təşkil edib.

Son 5 il ərzində əhalinin hər 100 000 nəfərinin 512, 1 nəfərinə, ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.


Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |