aze  |  rus  |  eng
Xəbər
20.12.2017
Ana doğuş zamanı niyə öldü? (təfərrüat)

"Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı doğuşda ölümü ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb".

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Sonxeber.az-a açıqlamasında bildirib ki, ananın ölümü ilə əlaqədar prokurorluğa məlumat verilib:

 

"Həkimlərin qoyduğu diaqnoza görə ananın ölümünə səbəb onun patoloji anomik xəstəliyinin olması olub. Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşayardım Komissiyası tərəfindən ölümün səbəbləri araşdırılır, bütün faktlar öyrənilir. Komissiya tərəfindən hadisənin həkimlərin səhvi nəticəsində baş verdiyi, yaxud xəstənin səhhətində problem olduğu dəqiqləşdiriləcək.
Ananın ölüm səbəbi 10-15 gün ərzində öyrənilib araşdırıldıqdan sonra Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən açıqlanacaq

Qeyd edək ki. bu gün səhər saatlarında Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı doğuşda Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində dünyasını dəyişib. Ananın dünyaya gətirdiyi körpə qızın vəziyyəti stabildir.


Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |