aze  |  rus  |  eng
Xəbər
18.12.2017
Düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv edəcək PUA-lar sınaqdan keçirildi

"İsrailin "Aeronautika" şirkəti ilə birgə müəssisə yaratmışıq və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) istehsal edirik".

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə müsahibəsində deyib.

 

Müdafiə sənayesi naziri deyib ki, Türkiyənin "Aselsan" şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparılır: "Alov" zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin başqa şirkətləri və digər ölkələrin müvafiq qurumları ilə bir sıra layihələr həyata keçirmək niyyətindəyik. Bu layihələrə əsasən 23 mm-lik snayper tüfəngini yaradıb, silahlanmaya daxil etməliyik. Snayper tüfənginin atış məsafəsi 3000 metr olacaq".

Y. Camalov qeyd edib ki, düşmənin PUA-larını endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir: "Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək. Habelə kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlamışıq. Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq. Digər tərəfdən, elektro-impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir və bu işlərin icrasına başlamışıq".


Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |