aze  |  rus  |  eng
Xəbər
18.12.2017
Ərdoğana sui-qəsdin qarşısı alındı

Yunanıstanda saxlanılan DHKP-C terror təşkilatının 9 üzvünün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planlaşdırdığı ortaya çıxıb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yunan polisinin saxlanılan şəxslərin evlərindən tapdığı sənədlərdə qeyd edilib.

 

Həmin planda raket və əl qumbaralarla Ərdoğana sui-qəsd edilməsi nəzərdə tutulubmuş. Hücum Ərdoğanın Yunanıstana səfəri zamanı kartejin keçidi əsnasında ediləcəkmiş. Lakin yunan polisinin 9 terrorçunu ələ keçirməsi nəticəsində plan baş tutmayıb.

Hazırda polislər sui-qəsddə istifadə edilməsi planlaşdırılan raket və qumbaraları axtarır. Silah-sursatın Afinanın şərqindəki Parnita dağının ətəyində basdırıldığı ehtimal edilir.


Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |