aze  |  rus  |  eng
Xəbər
29.12.2014
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir soydaşımız bu günü hədsiz sevinclə, təntənə ilə qarşılayır. Çünki məhz bu gün hamı bir yumruğa çevrilərək milli dövlətçiliyimizin möhkəmlənməsi naminə birləşdi, ölkəmizə arxa, dayaq oldu. Zaman-zaman başımıza gələn müsibətlər, uçuruma yuvarlanmaq təhlükəsi xalqı ayıltdı və "El bir olsa, dağ oynadar yerindən" prinsipini dərk edərək dövlətçiliyimizi məhv olmaqdan qorudu. Xarici düşmənlərimizin dəyirmanına su tökən daxildəki haramzadalar üç dəfə ölkəmizi dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qoydular. 1991 və 1994-95-ci illlərdə yaranan vətəndaş müharibəsi təhlükəsi xalqımızın sözün əsl mənasında mətin iradə sahibi olduğunu sübut etdi. Xalq başa düşdü ki, özlərini vətənpərvər, millət qəhrəmanı kimi təqdim etməyə cəhd göstərən bu nadürüstlər əslində öz xalqının qanına susayan yaramazlardır. Odur ki, hamı bir nəfər kimi ayağa qalxıb öz dövlətinə və onun vahid, əvəzolunmaz lideri Heydər Əliyevə arxa oldu. Ulu Öndərin həyata keçirtdiyi daxili və xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan nəyinki Cənubi Qafqazda ümumiyyətlə dünya dövlətləri cərgəsində söz sahibinə çevrilib.
Bu gün xarici dövlətlərlə münasibətdə öz maraqlı gedişləri, taktikası ilə seçilən möhtərəm cənab prezidentimiz İlham Əliyevin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu bir daha sübut edir ki, ölkənin taleyi etibarlı əllərdədir. İlham Əliyevin Azərbaycançılıq ideologiyasına söykənən dərin siyasəti nəticəsində hər bir azərbaycanlı hansı ölkədə yaşamasından asılı olmayaraq, öz milli dövlətinin qüdrətinə arxalanır. Artıq bütün dünya azərbaycanlıları tam əmindirlər ki, onların hüquq və azadlıqları heç vaxt heç kim tərəfindən pozula bilməz, çünki onların arxasında qüdrəti göz qamaşdıran Azərbaycan, onun lider prezidenti İlham Əliyev var.
Həmrəylik gününüz mübarək, əziz həmvətənlərimiz! Həmişə mübarək gündə olasınız! Yeni iliniz yeni uğurlarla həyatınızı bəzəsin!
"Mozlan"ın kollektivi

Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |