aze  |  rus  |  eng
Xəbər
24.12.2014
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
Sizi, Azərbaycan xalqının çox dəyərli oğlunu doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində bünövrəsi qoyulan, onun həyatı bahasına dağılmaqdan, məhv olmaqdan qurtulan Yeni Azərbaycanın milli dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, gücləndirilməsi, qüdrətləndirilməsi istiqamətində səmərəli fəaliyyətiniz göz önündədir. Siz Azərbaycana rəhbərlik etdiyiniz ötən bu müddət ərzində ölkəmizi lider dövlətlər pilləsinə qaldırmaqla bərabər özünüz də dünya prezidentləri çərgəsində lider PREZİDENT STATUSU qazanmısınız. Bu gün artıq dünya idarəetmə mərkəzlərində "İlham Əliyev idarəetmə məktəbi"nin dərindən öyrənilməsinə start verilib. Məhz Siz öz idarəetmə prinsiplərinizlə bir daha sübut etdiniz ki, daxili siyasəti düzgün qurulan, ölkəsində sabitlik bərqərar olan, iqtisadiyyatı dinamik inkişaf edən dövlətin xarici siyasətində heç vaxt heç bir problem yaşana bilməz. Xalqın yekdil dəstəyi və dərin məhəbbəti Sizi daim böyük əzmkarlıqla çalışmaga, onu layiq oldugu xoşbəxtliyə qovuşdurmaga ruhlandırır.
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
Bu işıqlı, nurlu- bərəkətli yolda uğurlarınız həmişə bol olsun! Xalq yalnız Sizinlədir, çünki Siz onun ulu öndər Heydər Əliyevdən sonra milyonlar içərisindən öz taleyini etibar etdiyi yeganə seçimisiniz. Öz xalqını sevən liderə isə xalqı ilə bərabər ULU TANRI da hökmən dayaq olur. Tanrı daim dayağınız olsun!

Dərin hörmət və ehtiramla: Valeh MİRZƏ,
Jurnalist
YAP üzvi


Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |