aze  |  rus  |  eng
Xəbər
27.11.2014
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki, gözdən uzaq, könüldən iraq olan kənd rayonlarında qaz vurub, qazan dolduran rəhbər işçilər deyəsən qanmırlar ki, meşədə baltasını işə salan bir təbiət qəddarının əlindən nalə qoparan ağacların qışqırığı uzaqlarda, lap uzaqlarda -Bakıda da eşidilir. Şübhəsiz burada söhbət nə ağacdan, nə baltadan, nə də ağac brakonyerlərindən gedir. Bu zənglərdə söhbət haqqa qənim kəsilən vəzifə sahiblərinin əməllərindən gedir. O insalardan ki, onlara vəzifə veriləntək tabeçiliyində olanları yersiz incidir, haqqını tapdalayır, açıq-aşkar rekertlik edirlər. Söhbət Azərbaycanın ən dilbər guşələrindən biri, bəlkə də birincisi olan, havası, suyu, bol nemətləri ilə şəfa mənbəyi sayılan Lerik rayonundan, bu rayonun şərəfinə xələl gətirə biləcək arzuolunmaz hallardan gedir.
Bu rayondan qəbul etdiyimiz zənglərdə öz dərd-sərlərini ürək ağrısı ilə ifadə edənlər ən ali adın -müqəddəs müəllim adının daşıyıcılarıdır. Qorxularından adlarının açıqlanmasını istəməyən müəllimlər artıq üç aydır ki, dərs ili başlansa da hələ də əmək haqlarını almadıqlaraını söylədilər və qeyd etdilər ki, bu xoşəgəlməz hal başqa məktəblərdə də mövcuddur. Söylənilənlərdən belə nəticə çıxarmaq olar ki, Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov diliqabarlı müəllimlərin halal zəhməthaqlarını müxtəlif tədbirlər adı altında mənimsəyir.
Nə pis ki, ölkəmiz üçün sağlam ruhlu vətənpərvər gənclər yetişdirən bu müqəddəs sənətin sahiblərinin səsini ancaq özləri deyib, özləri də eşidirlər. Iş o yerə çatıb ki, haqqı tapdanılan ziyalı təbəqənin təhsil sistemində yeganə müdafiəçisi, müəllimlərin hüquqlarının qorunmasında onlara yardımçı olan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Lerik rayon şöbəsinin müdiri də bu haqsızlığa tab gətirməyib rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovu düz yola dəvət edə bilmədiyindən, sonda haqsızlıqlara qarşı etiraz əlaməti olaraq tutduğu vəzifədən istefa verib. Belə yerdə bir rus məsəlini xatırlatmamaq olmur: "haqsız güclü olan yerdə, haqlı həmişə günahkar sayılır".
Görəsən, Təhsil Nazirliyi də Lerik rayon Təhsil şöbəsində baş verən bu olaylara hansı qiyməti verəcək?

Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |