aze  |  rus  |  eng
Gündəm
11.12.2017
BABAM DA YARIMÇIQ ÖMÜR YAŞADI

Tanınmış şair Əfrahim Hüseynli saytımızın qonağıdır. AYB-nin üzvü olan Əfrahim Hüseynli ixtisasca həkimdir. Ədəbiyyata 1970-ci ildə mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeiri ilə gəlib. Sonralar onun imzasına dövri mətbuatda tez-tez rast gəlmişik. Səkkiz şeirlər kitabının müəllifidir. Şeirləri ilə geniş oxucu kütləsinin sevgisini qazanmış şair ədəbiyyatımıza böyük bir töhfə olan həkim-yazarların ilk poetik toplusu, " Həkimlərin söz dünyası" kitabının da tərtibçisidir. Oxucularımıza Əfrahim Hüseynli poeziyasından bir neçə şeiri təqdim edirik

 
ündüzün ömürü quruba qədər. gecənin ömrü də bitməmiş qalır. yarımçıq qalıbdı neçə şeirlər, nəğmələr... Babam da yarımçıq ömür yaşadı,- atamı nəvə-nəticəli, məni oğul-uşaqlı görmək istədi... ürəyində nə qədər arzu daşıdı!.. birini gördü, birinisə yox. Arzuladıqlarından başqa heç nə yadına düşmürdü.- birini görüb birini görməsə də, gözü tox idi, gözü tox. dərd çəkirdi, filankəs, filakəs... nə yaşadı ki?- bütün ömrü boyu dərd daşıdı ki... Babam da yarımçıq ömür yaşadı,- papirosların ən ucuzunu çəkdi, çox vaxt atamın nimdaş paltarını geyindi. bu nimdaş paltarlarda dünyanın ən xoşbəxti idi... özü də deyirdi. Qohum-qonşu dərdindən də uzaq ola bilmədi ölumun qaçılmaqzlığı kimi. ömrü-günü belə idi,- əlindəki tikəsini də bölə bilirdi. ...Əllərim uzun olmadı,- ona hər şeyin yaxşısını,- təzəsini ala bilmədim. ...Elə bil hər şey yuxuydu... babamın yarımçıq ömrü arzumu ürəyimdə qoydu. babamsız bacım, qardaşım yaşa doldular. babamsız baba oldum,- babamsız böyüdü nəvələrim, babamsız məktəbli oldular... Yaddaşımdan slinmir ki, silinmir;- çiynində çox yük daşıdı düz yüz il ömür sürsə də, babam da yarımçıq ömür yaşadı... TANIYA BİLMƏDİM HEÇ ADAMLARI Önümdə sel-sular axan olursa, Qaya-dağ qarşıma çıxan olursa, Dost-doğma uzaqdan baxan olursa, Tanıya bilmədim heç adamları. Kim keçdi yazılan sərhədi, səddi,- Bilməz sonsuz bildi bu ömrü, nədi? Hələ imtahana çəkə bilmədi Hər gün neçə-neçə köç adamları. Yanmadım nə günə, nə aya, ilə,- Daşıdım hər yükü mən bilə-bilə. Bilən-bilməyənə demədim belə,- Nə yaman tanıdım geç adamları?! Susummu, gözümü mən də döyümmü,- Dağlara, daşlara baş da əyimmi? Bu nahaqq önündə bəlkə deyimmi Boyu - buxunuyla ölç adamları? Heç məhəl qoymadım doğmaya, yada,- Günəşli gündüzə bir ömür yadam. Mənə naşı demə, qəlbidaş adam, "Mən seçə bilmədim", seç adamları. ÖZÜMƏ BEL BAĞLAMIŞDIM Səhər-axşam neçə şeir Yazıldı gör kimə xətir?! Misra-misra, sətir-sətir Sözümə bel bağlamışdım. Dəniz tapdı, yox limanı, Günlər seçdi, yox gümanı... Görmədi olub-olanı,- Gözümə bel bağlamışdım. Cığır oldu, bilinmədi, Yol da oldu, görünmədi,- Döğma da özgəymiş, nədi?.. İzimə bel bağlamışdım. Yuxu oldu, nağıl oldu,- Sönməz bilirdim bu odu. Külü də göyə sovruldu,- Közümə bel bağlamışdım. Ağlıma gəlməzdi bu qış, Yollar dona qarış-qarış. Ölüm başımın altdaymış, Özümə bel başlamışdım. MƏN DİLİMİN BƏLASINA GƏLMİŞƏM... Eniş-yoxuş, qaya-gədik yol gəldim, Ömürlərə aylar böldüm, gün böldüm. Hər adamı ucalıqda şah bildim,- Dedim şahlar arasına gəlmişəm. Zalım ömür niyə mənəm-mənəmdə?- Daş əridən dağ daşıdı sinəm də. Sel əlində yol-bərə nə sitəmdə?! Körpülər də sına-sına... gəlmişəm. Heç bilməzdim yollar boyu qar-qışdı,- Ağı gəlib qarasına qarışdı Dinməz daşlar dilə gəlib danışdı... Deyəsən mən qarasına gəlmişəm. İndi gəl tap çığır hanı, iz hanı, Çiçək-çiçək, çəmən-çəmən yaz hanı, Ayla-günlə öyünməyə üz hanı?- Qar-sazağın qalasına gəlmişəm. Ölməz idi atam, anam gözümdə,- Bu itgilər ömrü saldı gözümdən. Gecələrin girincidi gözüm də, Gör dünyanın harasına gəlmişəm. Haqsızamsa, haqlı olan, ol qənim, Günahları ayağıma yaz mənim. Hər yetənə qardaş dedim, dost dedim,- Mən dilimin bəlasına gəlmişəm. BEŞ-ALTI MİSRAYA BAŞIM QARIŞDI Məni göy üzü də aldatdı yaman... Baxıb öyünürdüm ulduzlarıyla. Gözüm görə-görə addımbaaddım Döydü yollarımı yağış-qarıyla. İtirdim bu bəxtə düşən yolları,- İşıqgələn hara, mən hara?..gördüm. Beş-altı misraya başım qarışdı, Ömür həsrət qalıb bahara gördüm. Bir gerçək istəyin şirinliyində Güman da əlçatmaz, uzaq olarmış. Beş-altı misralıq bir şeir kimi Beş-altı misralıq sevgi də varmış! Ay məndən illərlə şeir uman kəs, Nə olsun, sirr olan olan sözlərim çoxdu.b Yazılıb, oxunub... o şeir bitib, Daha yazılmayan misrası yoxdu. Biganə-biganə oxuyacaqsan, Bilmədim, hər sözü, sətri yazanda. Əlinə yazdığım şeirlər düşsə, Daha istəmirəm oxuyasan da. Şaxta da, sazaq da araya düşdü, Yaxandan yapışdım, dağ aşaq, ömür! Günləri, ayları küləyə verdim, Uzat əllərini, barışaq, ömür!

Facebookda paylaş | Twitterdə paylaş | VK`da paylaş | Google+`da paylaş
Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |