aze  |  rus  |  eng
Cəmiyyət
19.08.2014
“Səhvin yarısından qayıtmaq da qazancdır”

Lənkaran Dövlət Hümanitar Kollecində son dövrlər baş verən olaylar insanda ikrah hissi oyadır. Ədalət naminə qeyd etməliyik ki, bu təhsil ocağının sağlam pedaqoji kollektivi olub.Region orta ixtisas təhsili müəssisələri ilə müqayisədə istər təhsilin keyfiyyəti, istərsə də ixtisas hazırlığı istiqamətində əldə olunan nailiyyətlərə görə bu kollec xüsusilə fərqlənib.

 Bu gün təhsilin bütün  pillələri, eləcə də orta ixtisas təhsili müəssisələri qarşısında qoyulan tələblər mahiyyətcə  eyni olsa da, formaca yeni təhsil qanununun müddəalarına uyğunlaşdırılıb. Yeni qanunların tələblərinə tab gətirməyən pedaqoji kollektiv rəhbərləri mütəmadi olaraq həyata keçirtdikləri qeyri insani, qeyri pedaqoji davranışları ilə  təmsil etdikləri təhsil ocağının nüfuzunu aşağılayırlar. Lənkəran Dövlət Hümanitar Kollecində bu gün hökm sürən qeyri-qanuni işlər müəllim-rəhbərlik, yaxud müəllim-tələbə münasibətlərini alt-üst etmişdir. Beş-altı ay olar ki,  direktor təyin olmasına baxmayaraq  sanki o, təhsil ocağını bir dəfəyə udub həzm-mürabidən keçirəcək. “Az yeyən həmişə yeyər” fəlsəfəsini kökündən dağıdan yeni direktor  Ruslan  Poladov qaz vurub, qazan doldurmağı əsas prinsipi sayır. – Bu gün vəzifəyə təyin olundusa, gərək sabahı gözləmədən çapıb talayasan, çünki bu vəzifə çox etibarsız şeydir, bu gün var, sabah  yoxdur , –deyir.

 Bəli, hazırda kollecə bu cür əxlaq sahibinin birisi, yəni Ruslan Poladov  rəhbərlik edir. Pedaqoji kollektivə  rəhbər təyinatı zamanı hansı keyfiyyətlərin əsas götürülməli olduğunun vacibliyini biz də bilirik. Bunu bizdən də yaxşı ixtisasca hüquqşunas  Təhsil Naziri olan Mikayıl Cabbarov  bilir. Bizə  görə nə qədər ki, gec deyil, Lənkəran Dövlət Hümanitar kollecinin əvvəlki, lap əvvəlki imcini və hörmətini özünə qaytarmaq naminə bəzi addımları atmaq  vacibdir. Atalar elə-belə deməyiblər ki, səhvin yarısından qayıtmaq da qazancdır” Əgər bu baş tutarsa şübhəsiz sonradan yazılarımızda konkret faktları ortaya qoymağa lüzum qalmayacaq

 

                                  

 

Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |