aze  |  rus  |  eng
Aktual
01.01.2013
Əli Həsənovun “çörəkpulu” nəzəriyyəsi
  Azərbaycanda bir miyona qədər məcburi köçkünün sığınacaq tapdığı neçə illərdir ki, söylənilsə də bıı rəqəmin dəqiqliyini heç kim bilmir. Çünki hər gün ölənlər və yeni doğulanlar dəqiq sayı azdırırlar. Qarışıqlıq isə işində və əməlində dəqiq olmayanlar, hər işdən mənfəət güdənlər üçün faydalı olur.

  Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun son kəşflərindən biri də məcburi köçkünlərə "çörəkpulu" adı altında ödənilən müavinətin qədəridir. Hazırda 16 manat 50 qəpik müavinət alan məcburi köçkünlər bunun niyə bu qədər olduğunu bilmirlər. Heç Komitədə də Əli Həsonovun hansı kriteriyalara əsaslanaraq müavinətin miqdarını müəyyənləşdirdiyini izah edə bilmədilər.
  Xatırladaq ki, Naziıiər Kabineti 1993-cü ildə məcburi köçkünlərin aylıq yemək xorclori üçün müavinotin ayrılması barədə qərar verib. Amma bu qərarda müavinətin məbləğinin hansı kriteriya və normativ aktlarla müəyyən edildiyinə dair bir kəlmə də yazılmayıb. üdur ki, Əli Həsənov təşəbbüsü öz üzərinə götürüb. Conab unudub ki, bu çörək pulu deyil, yemək xərcidir. Bir insanın isə yemək xorci oıı az kalori hesabı ilə ayda 150 manat eləyir. (Görəsən 16 manat 50 qopik Komitə sədrinin bir günlük yemək xərcini ödəyərmi?)
  Təqribən iki aya yaxındır ki, heç bir mətbu orqanda cənab Əli Hosənovla bağlı bir kolmo do olsun yazılmayıb. Ya Komitə fəaliyyətini dayandırıb, ya sədr nöqsansız işləməyə başlayıb, ya da...
  Komitənin işıq, qaz, su məsrəflərinin ödənilməsi maxinasiyalarını kölgədə qoyan tikinti sahosi pik hoddino çatıb. Bərdədə, Ağcabədidə, Füzuli ərazilərində tikintinin keyfiyyətsiz aparılmasından, üstündən heç beş-altı ay keçməmiş birinci yağış yağan kimi çat verən, uçan binalann harayına çatıb məlumat verən mətbu orqanların, görəsən, nədən burnumuzun ucunda tıkılən Müşvıqabad yaxınlığındakı qaçqın şəhərciyindən xəbərləri yoxdur.
  Kim qarantiya verə bilər ki, yemək xərcini çörəkpulu səviyyəsinə endirən "qaçqınkom" yeni kəşflər etməyib və yaxud ctməyəcək? Pillokonlorin, dohlizlərin, lap elə otaqların ölçülərini dəyişdirib umini" etməyin nəyi pisdir? İndi minilər dəbə minib. Bir də qlobal soyuqlaşma dövründə mini otaqlar elə məcburi köçkünlərin özlərinə də sərf edər. Qışın günü böyük otağı necə qızdırsınlar?
  Deyirsiniz yəni, Əli müəllimin bir məcburi köçkün qədər düşüncəsi yoxdur? Deməli, yanılırsınız.

Ən çox oxunan rubrikalar
Həmrəylik gününüz, Yeni iliniz mübarək!
Bu günlər Azərbaycan xalqı möhtəşəm bayram əhval-ruhiyyəsindədir.
daha ətraflı...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA
MÖHTƏRƏM CƏNAB PREZİDENT!
daha ətraflı...
Lerik rayon Təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun sərgüzəştləri
Son vaxtlar əyalətdən qəbul etdiyimiz zəngləri toparlasaq belə bir qənaitə gəlmək olar ki,
daha ətraflı...
Xəbər | Gündəm | Karikatura | Tənqid | Kollaj | Video | Əlaqə | Cəmiyyət |